QR CodeQR Code

MAQATE-nin illik 56-cı iclasında İran diplomatiyası qalib gəlib

23 Sep 2012 08:55

IslamTimes - MAQATE-nin Vyanada keçirilən illik 56-cı iclasında qəbul olunan qətnaməyə İran nümayəndə heyəti ilə müvafiq məsləhətləşmələrdən sonra iki vacib maddə əlavə edilib.


SalamNews-un IRNA-ya istinadən verdiyi xəbəər görə, bu faktı İran tərəfi İslam Respublikası diplomatiyasının vacib qələbləsi kimi dəyərləndirir.

Qətnamədə növbəti maddələr əksini tapıb: “Qoşulmama Hərəkatı ölkələri rəhbərlərinin nüvə təhlükəsizliyi sahəsində Tehranda keçirilən XVI sammitinin yekunları üzrə nəticələr” və “Dünya birliyi tərəfindən nüvə obyektlərində diversiyaların qarşısının alınması üzrə tədbirlərin görülməsinin vacibliyi”.

Həmçinin iclas çərçivəsində MAQATE-nin bütün tarixi ərzində ilk dəfə gündəmdə MAQATE-nin qərarlar qəbul etmə və siyasət aparma mexanizmində islahatların həyata keçirilməsi üzrə İranın təklifinə baxılıb.


Story Code: 197781

News Link :
https://www.islamtimes.org/az/news/197781/maqate-nin-illik-56-cı-iclasında-iran-diplomatiyası-qalib-gəlib

Islam Times
  https://www.islamtimes.org