QR CodeQR Code

İnsanlığa xidmət etməkdə heç kəs Həzrəti Muhəmməd Peyğəmbər (s) ilə müqayisə oluna bilməz

İslamtimes , 23 Sep 2012 23:56

Islamtimes - Qum elm hövzəsinin professoru olan Ayətullah Abdullah Cavadi Amuli müqəddəs Qum şəhərində yeni dərs ilinin birinci iclasında çıxış edərək Həzrəti Peyğəmbəri təhqir edən filmə görə öz narazılığını bildirmiş və demişdir ki, küfr filminə qarşı qlobal etirazlar filmi düzəldənlərə gözəl bir cavabdır.


islamtimes.org/az/ - İran ruhanisi deyib: “Qərbdə olan elm adamları da çox yaxşı bilirlər ki, insanlığa xidmətdə İslam Peyğəmbəri ilə müqayisə olunacaq heç bir kəs yoxdur.”

O deyib: “Muhəmməd Peyğəmbər (s) hələ Allahın elçisi seçilməmişdən qabaq insanları birliyə və vəhdətə dəvət etmişdir.”


Alim həmçinin Həzrəti Peyğəmbəri köləliyə qarşı mübarizə apardığı üçün alqışlamış və demişdir: “Həzrəti Muhəmməd Peyğəmbər (s) insan cəmiyyətlərinin azadlığı üçün mübarizə aparan bir şəxs olmuşdur.”

Ayətullah Cavadi Amuli həmçinin qeyd edərək bildirib ki, İslam Peyğəmbəri elə bir şəxsdir ki, onun doğumu, peyğəmbərliyi və insanları əsarətdən azad edərək elmə, ədalətə və izzətə doğru istiqamətləndirəcəyi haqqında əvvəlki müqəddəs kitablarda məlumat verilmişdir.


Story Code: 198041

News Link :
https://www.islamtimes.org/az/news/198041/insanlığa-xidmət-etməkdə-heç-kəs-həzrəti-muhəmməd-peyğəmbər-s-ilə-müqayisə-oluna-bilməz

Islam Times
  https://www.islamtimes.org