QR CodeQR Code

370 İsrail saytı dağıdıldı

24 Sep 2012 07:19

IslamTimes - “İranian Decoders” haker qrupu İsrail hökuməti ilə təhlükəsizlik, iqtisadi, ticarət və xidmət sahələrində əlaqəsi olan 370 internet saytını sıradan çıxardığını açıqlayıb.


APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu addım ABŞ-da çəkilən, İslam dini və onun peyğəmbərini təhqir edən “Müsəlmanların məsumiyyəti” filminə etiraz olaraq atılıb.
Həmin saytlarda İranın ali dini lideri, ayətullah Əli Xamneyinin dünya müsəlmanlarına mesajı fars və ingilis dillərində yerləşdirilib.
Bundan əlavə, sayta dünyanın müxtəlif ölkələrində filmə etiraz olaraq keçirilmiş aksiyalar zamanı yandırılmış ABŞ və İsrail bayraqlarının şəkilləri də qoyulub.
Xəbərdə İran hakerlərinin dağıtdığı bütün saytların ünvanları da verilib.


Story Code: 198063

News Link :
https://www.islamtimes.org/az/news/198063/370-israil-saytı-dağıdıldı

Islam Times
  https://www.islamtimes.org