0
Monday 24 September 2012 - 11:47

Pan Gi Mun və Mahmud Əhmədinejad İranın nüvə dosyesini müzakirə ediblər

Story Code : 198137
Pan Gi Mun və Mahmud Əhmədinejad İranın nüvə dosyesini müzakirə ediblər
BMT Baş katibi Pan Gi Mun ilə İran Prezidenti Mahmud Əhmədinejadın görüşü zamanı Suriya münaqişəsi və İslam Respublikasının nüvə dosyesi əsas müzakirə mövzusu olub.

RBK-nın verdiyi xəbərə görə, BMT-nin yaydığı məlumatda bildirilir ki, Baş katib Suriyada gərginləşən vəziyyətin bütün region üçün ağır nəticələrə gətirib çıxaracağına xüsusi diqqət yetirib.

O, həmçinin İranı dünya ictimaiyyətini nüvə proqramının dinc xarakterli olduğuna inandırılması üçün zəruri addımlar atmağa çağırıb.

Pan Gi Mun İranın beynəlxalq münasibətlərdə konstruktiv rol oynamaqda davam edəcəyinə ümidvarlığını söyləyib. /HaqqYolu/
Comment