0
Monday 24 September 2012 - 13:55

Bakıda Fransa səfirliyi qarşısında aksiyas

Story Code : 198215
Bakıda Fransa səfirliyi qarşısında aksiyas
Bakıda Fransa səfirliyi qarşısında aksiyas
12:35
Polis çox sayda etirazçını Səbayıl Rayon Polis idarəsinə apararaq aksiyanı dağıdıb. Polislər, xüsusəndə yüksək rütbəli polislər etirazçıların şərəf və ləyaqətini alçaldacaq, əxlaqsız söyüşlər söyüblər.

12:25
İslamazeri.az İnternet Qəzetinin xüsusi müxbirinin verdiyi xəbərə görə, inanclıların Bakıdakı Fransa səfirliyi qarşısında keçirdiyi etiraz aksiya artıq başa çatıb.
Aksiyada polisin sərt müdaxiləsindən sonra tərəflər arasında yaşanmış qarşıdurmanın nəticəsində dindarlardan bir neçəsi xəsarət alıb.
Polis 25-30 nəfəri saxlayıb, bölmələrə aparıb.
Artıq etiraz aksiyası başa çatsa da ərazidə çox sayda polis qalmaqdadır. Bir neçə polis nəfəri cırılan şüar yazlmış plakatları yerdən yığışdırıb maşınlara tökürlər.
Etiraz aksiyası barədə video və fotomaterialları irəliləyən saatlarda təqdim edəcəyik.
Həmçinin saxlanılan inanclıar barəsində də məlumat olduqca yenilənəcəkdir.

11:45
İslamazeri.az İnternet Qəzetinin xüsusi müxbirinin verdiyi xəbərə görə, artıq etiraz aksiyasına start verilib.
İnanclılar güclü polis kardanı qurulmasına baxmayaraq Fransa səfirliyinin binası qarşısına irəliləyirlər.
"Canımız sənə fədadır ya rəsulallah!", "Müqəddəslərə sataşanlara ar olsun!", "Saxta Fransa mədəniyyəti rədd olsun", "İslamafobiyaya son qoyun!" kimi şuarlar səsləndirilir.
Hal hazırda polis inanclılara sərt müdaxilə edir. Qarşıdurma yaşanmaqdadır.
Müxbirimiz, artıq 8 nəfərin polis tərəfindən döyülüb patrul avtomobillərinə salınaraq ərazidən uzaqlaşdırıldğını müşahidə edib.


11:28
İslamazeri.az İnternet Qəzetinin xüsusi müxbirinin verdiyi xəbərə görə, Bakıda Fransa səfirliyinin qarşısında etiraz aksiyası olacağı ilə bağlı xəbərlər yayılıb.
Etiraz aksiyasının Fransada nəşr olunan bir jurnalın Məhəmməd Peyğəmbəri (s) və müsəlmanları iyrən karikaturalarla təhqir etməsinə etiraz olaraq inanclı vətəndaşlar tərəfindən keçiriləcəyi bildirilib.

Hazırda Fransa səfirliyinin binası çox sayda polis tərəfindən mühasirəyə alınıb və ciddi mühafizə olunur.
Amma hələki səfirlik binasının qarşısında sakitlik hökm sürür.

Mediya nümayəndələri də gözlənilən aksiya ilə bağlı binanın qarşısın toplaşıblar.

Xatırladaq ki, Fransada dərc olunan bir jurnal Həzrəti Məhəmməd peyğəmbəri (s) və müsəlmanları təhqir edən karikaturalara yer verib. Bundan sonra ilk olaraq Parisdə həmin jurnalın redaksiyasının yerləşdiyi bina qarşısında etiraz nümayişləri başlayıb. Daha sonra isə, Fransa hökuməti müsəlmanların hiddətindən ehtiyatlanaraq 20 ölkədəki diplomatik nümayəndəliklərinin işini dayandırıb.
Qeyd edək ki, rəsmi Paris bu hadisənin bəyənilməyən hal olduğunu və bunu pislədikləri açıqlasa da, sözügedən jurnala qarşı heç bir tədbir görülməyib.
Source : İslamazeri
Comment