QR CodeQR Code

ABŞ Dövlət Departamenti CNN-i kəskin tənqid etdi

24 Sep 2012 14:06

IslamTimes - Xəbər şəbəkəsi verilişlərin birində Liviyada həlak olmuş səfir Kristofer Stivensin gündəliyindən bəzi qeydləri yayımlamışdı


ABŞ Dövlət Departamenti Amerikanın CNN xəbər şəbəkəsini kəskin tənqid edib. Səbəbi isə kanalın Liviyada öldürülən amerikalı səfirin gündəliyindən yazıları istifadə etməsidi.

Qurumun rəsmi nümayəndəsi «CNN-nin son dərəcə müdhiş hərəkət» etdiyini bildirib.

Qeyd edək ki, kanalın bir verilişində ailə üzvlərinin etirazına baxmayaraq həlak olmuş səfirin şəxsi qeydləri yayımlanmışdı.

Güundəlik ABŞ-ın Benqazidəki konsulluğunda jurnalistlər tərəfindən tapılmışdı.

CNN əməkdaşları bildirirlər ki, Liviyada baş verənlərdən narahatdırlar və özlərini təhlükədə hiss edirlər.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın Liviyadakı konsulluğuna hücum zamanı diplomatik missiyanın 4 əməkdaşı, o cümlədən səfir Kristofer Stivens həlak olmuşdu.



faktxeber


Story Code: 198216

News Link :
https://www.islamtimes.org/az/news/198216/abş-dövlət-departamenti-cnn-i-kəskin-tənqid-etdi

Islam Times
  https://www.islamtimes.org