0
Monday 24 September 2012 - 14:37

“Google” və “Youtube”-a baykot kampaniyası

Story Code : 198219
“Google” və “Youtube”-a baykot kampaniyası
Bir neçə həftə bundan öncə amerikalı kino rejissor Nakoula Basseleyin “Müsəlmanların məsumiyyəti” filminə qarşı təşkil edilən etirazlar artıq azərbaycanlıları da hərəkətə keçirib.

ANN.Az xəbər portalının məlumatına görə, sosial şəbəkələr vasitəsilə artıq bir neçə gündür bu istiqamətdə təbliğat işləri aparılır.

Sosial şəbəkələrdə yayılan baykot çağrışında bildirilir ki, 24-25 sentyabr tarixlərində bütün müsəlman ölkələrində “google” və “youtube”saytları baykot edilir və özünü müsəlman hesab edən azərbaycanlılar da bu boykota qoşulmalıdırlar.

Baykot çağrışının sonunda Məhəmməd peyğəmbərin bəşəriyyətin xilaskarı olduğu xatırladılır.
Comment