0
Monday 24 September 2012 - 14:54

“Cəzasız qalmaz əlbət o filmlər, karikaturlar…”

Story Code : 198227
“Cəzasız qalmaz əlbət o filmlər, karikaturlar…”
“Spor Toto” super liqası çərçivəsində Türkiyənin 4 böyüklərindən olan “Qalatasaray” (Cimbom) futbol komandası “Akhisar Bələdiyəspor”la qarşılaşıb. İstanbul “TT Arena” stadionunda keçirilən qarşılaşmada “Qalatasaray” azarkeşləri “Müsəlmanların məsumiyyəti” filmi və Fransada çəkilmiş karikatura qalmaqalları qarşısında İslam peyğəmbərinə dəstək nümayiş etdiriblər. “Cimbom” azarkeşləri tribunada, “Ey Uca peyğəmbər! Sənin hörmətinə yaradıldı bütün aləmlər. Cəzasız qalmaz əlbət o filmlər, karikaturlar…” yazılmış şüar açıblar.

Qeyd edək ki, qarşılaşma “Qalatasaray” komandasının 3-0 hesablı qələbəsi ilə başa çatıb. /Faktxeber/
Comment