0
Monday 24 September 2012 - 20:20

Obama Romniyə cavabında İsrailə də yerini göstərdi

Story Code : 198277
Obama Romniyə cavabında İsrailə də yerini göstərdi
ABŞ prezidenti Barak Obama Respublikaçılar Partiyasından olan rəqibi Mitt Romninin ona xarici siyasətlə əlaqədar ünvanladığı tənqidlərə cavab verib. «Əgər qubernator Romni bizə yeni müharibə başlamağı təklif edirsə, bunu olduğu kimi söyləsin» deyən dövlət başçısı Si-bi-es telekanalına müsahibəsində rəqibinin çoxsaylı ittihamları ilə əlaqədar mövqeyini açıqlayıb.

Qeyd edək ki, M.Romni dəfələrlə bildirib ki, Birləşmiş Ştatların hazırkı administrasiyası İrana münasibətdə kifayət qədər sərt siyasət aparmır. İsrailin təhlükəsizliyinin qorunmasına dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Romni həmçinin Obamanın BMT Baş Assambleyasının Nyu-Yorkda baş tutan sessiyası zamanı İsrailin baş naziri Benyamin Netənyahu ilə görüşməmək qərarını səhv addım saydığını vurğulayıb. Romni bildirib: «Bu bütün Yaxın Şərqə Amerikanın öz dostları arasında məsafə saxladığına dair siqnaldır».

B. Obama isə deyib ki, milli təhlükəsizlik məsələləri ilə bağlı qərarlar verərkən yalnız öz ölkəsinin maraqları baxımından çıxış edəcək. «İstərdim ki, bu mövzudakı hər bir spekulyasiyaya son qoyum», - deyə Ağ Ev rəhbəri əlavə edib.
Comment