0
Monday 24 September 2012 - 20:30

Ərdoğan prezident olmaq niyyətindədir

Story Code : 198279
Ərdoğan prezident olmaq niyyətindədir
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan qarşıdakı prezident seçkilərində namizədliyini irəli sürmək niyyətindədir. Bu barədə bazar ertəsi İstanbul meri Kadir Topbaş bildirib.

Bir müddət əvvəl Baş nazirin müavini Bekir Bozdağ bildirmişdi ki, ölkədə prezident seçkiləri 2014-cü ilin avqust ayına təyin edilib.

Topbaş qeyd edib ki, 2014-cü ildə həmçinin bələdiyyə seçkilərinin keçirilməsi planlaşdırılıb.

Mer deyib ki, İstanbul şəhərinin meri vəzifəsinə namizədliyini üçüncü dəfə irəli sürəcək. /Trend/
Comment