QR CodeQR Code

Ərdoğan prezident olmaq niyyətindədir

24 Sep 2012 20:30

IslamTimes - Suriyanı bir-birinə vuran Ərdoğan missiyasını prezidentlik postunda davam etdirmək fikrinə düşüb.


Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan qarşıdakı prezident seçkilərində namizədliyini irəli sürmək niyyətindədir. Bu barədə bazar ertəsi İstanbul meri Kadir Topbaş bildirib.

Bir müddət əvvəl Baş nazirin müavini Bekir Bozdağ bildirmişdi ki, ölkədə prezident seçkiləri 2014-cü ilin avqust ayına təyin edilib.

Topbaş qeyd edib ki, 2014-cü ildə həmçinin bələdiyyə seçkilərinin keçirilməsi planlaşdırılıb.

Mer deyib ki, İstanbul şəhərinin meri vəzifəsinə namizədliyini üçüncü dəfə irəli sürəcək. /Trend/


Story Code: 198279

News Link :
https://www.islamtimes.org/az/news/198279/ərdoğan-prezident-olmaq-niyyətindədir

Islam Times
  https://www.islamtimes.org