QR CodeQR Code

ABŞ Suriya silahlı üsyançılarına yardımı artırıb

26 Sep 2012 13:31

IslamTimes - Yüksək vəzifəli ABŞ rəsmisi deyib ki, Vaşinqton Suriyadakı silahlı qruplara edilən yardım tədbirlərini ictiamiyyətə bəyan etməyə hazırlaşır.


Adı anonim olan Dövlət Departamentinin rəsmisi çərşənbə axşamı günü Nyu Yorkda iddai edib ki, ABŞ-ın yardımına silah və döyüş sursatı daxil deyil.

ABŞ Dövlət Katibi Hillari Klinton BMT Ərəb Liqasının sülh nümayəndəsi Laxdar Brahimi ilə görüşdükdən sonra dövlət rəsmisi deyib: “Bizim yardımlarımız və yardım növləri həmişə şəffaf olub və biz bu növ yardımları davam etdirəcəyik.”

Klinton cümə günü keçirilməsi nəzərdə tutulan “Suriyanın Dostları” qrupunun iclasına sədirlik edəcək.
ABŞ artıq silahlı qruplara rabitə təchizatları almaq məqsədi ilə 25 milyon dollar yardım edib. Ancaq açıq-aydın bilinən məsələdir ki, silahlı qruplar bu pul ilə silah-sursat əldə edirlər.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Rəsmi Dəməşq ölkədə mövcud olan təxribat və münaqişəyə səbəb olaraq xaricdən dəstək alan silahlı üsyançıları bilir. Terroristlər isə ölkədə olan ölüm hallarına görə Suriya təhlükəsizlik qüvvələrini günahkar hesab edir.


Story Code: 198785

News Link :
https://www.islamtimes.org/az/news/198785/abş-suriya-silahlı-üsyançılarına-yardımı-artırıb

Islam Times
  https://www.islamtimes.org