QR CodeQR Code

ABŞ yenidən İranı nüvə silahı istehsal etməkdə ittiham edib

26 Sep 2012 13:37

IslamTimes - ABŞ prezidenti Barak Obama bir daha İranı nüvə silahı istehsal etmək üçün çalışmaqda və beynəlxalq öhdəlikləri yerinə yetirməməkdə ittiham edib.


O bu açıqlamanı çərşənbə axşamı günü Nyu Yorkda BMT Baş Assambleyasının 67-ci iclasının əsas müzakirələrinin açılış mərasimində edib.

Obama həmçinin deyib ki, Vaşinqton nüvə enerjisi proqramı üzərində yaranmış problemi Tehran ilə diplomatik danışıq yolu ilə həll etməyə üstünlük verir.

O Amerikanın bu məsələni diplomatiya yolu ilə həll etmək istədiyini və buna hələ də vaxt və zəminə olduğunu demiş və bildirmişdir ki, ABŞ və onun müttəfiqləri İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün əllərindən gələni edəcəklər.

ABŞ, İsrail və onların bəzi müttəfiqləri İranı nüvə texnologiyasından nüvə silahı yaratmaq üçün istifadə etməkdə ittiham edirlər.

İran isə dəfələrlə bu ittihamları rədd etmiş və bildirmişdir ki, Nüvə Silahı Yayılmama Müqaviləsini imzalayan və Beynəlxalq Atom Enerjisi Agentliyinin üzvü olaraq nüvə texnologiyasından dinc məqsədlər üçün istifadə etməyə tam haqqı var.

Bundan əlavə Beynəlxalq Atom Enerjisi Agentliyi dəfələrlə İran nüvə obyektlərinə baxış keçirmiş, amma İranın nüvə texnologiyasından nüvə silahı istehsal etmək üçün istifadə etməsinə dair heç bir dəlil-sübut tapmamışdır.


Story Code: 198790

News Link :
https://www.islamtimes.org/az/news/198790/abş-yenidən-iranı-nüvə-silahı-istehsal-etməkdə-ittiham-edib

Islam Times
  https://www.islamtimes.org