QR CodeQR Code

Suriya sonda düşmənlərə qalib gələcək

26 Sep 2012 14:10

IslamTimes - İranın birinci vitse prezidenti Məhəmməd Rza Rəhimi deyib ki, Suriya nəhayətdə düşmənlər üzərində qələbə çalacaq.


Rəhimi bu açıqlamanı Suriya Parlamentinin Milli Təhlükəsizlik üzrə Komitə sədri Məhəmməd Subhi Abu əl Şamat ilə Tehranda görüşü zamanı deyib.

Rəhimi deyib: “Heç şübhəsiz ki, Suriyanın parlaq gələcəyi var və tezliklə bütün çətinliklərə qalib gələcək.”

O sözünə davam edərək bildirib ki, Məhəmməd peyğəmbəri (s) təhqir etməklə müxtəlif din ardıcılları arasında münaqişə yaratmaq istəyən Sionistlər bilmirlər ki, Müsəlmanlar bütün peyğəmbərləri sevir və səmavi dinlərin ardıcıllarına hörmət ilə yanaşırlar.

Abu əl Şamat isə öz növbəsində Suriyanın da zülmə qarşı İran ilə bir cəbhədə olduğunu demiş və bildirmişdir ki, Ərəb ölkəsi olan Suriya tezliklə öz çətinliklərini həll edəcək.

Qərb dövlətləri Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən getməsi üçün çağırışlar ediblər. Ancaq Rusiya, Çin və bir neçə digər ökə buna qarşı müxalifətçilik ediblər.

Suriya hökuməti bildirib ki, xaricdən dəstək alan üsyançılar ölkəni xaosa sürükləmək istəyirlər və üsyançıların əksəriyyəti Misirdən, Əlcəzairdən, Səudiyyə Ərəbistanından və Əfqanıstandan olan muzdlu döyüşçülərdir.


Story Code: 198813

News Link :
https://www.islamtimes.org/az/news/198813/suriya-sonda-düşmənlərə-qalib-gələcək

Islam Times
  https://www.islamtimes.org