0
Saturday 6 February 2010 - 10:56

KƏRBƏLA QURBANLARININ SAYI ARTMAQDADIR.

Story Code : 19895
KƏRBƏLA QURBANLARININ SAYI ARTMAQDADIR.
Müxtəlif mənbələr vasitəsilə İraq tibbi məsul şəxslərin verdikləri məlumatlara əsasən ötən gün İmam Hüseyn (ə) ərbəin (qırxı) günü Kərbalada baş vermiş teror hadisəsi zamanı 41 şiə şəhid 144 nəfər isə yaralanmışdır.

Kərbəla şəhər rəhbərliyinin verdiyi məlaumata əsasən isə şəhərin şimal tərəfdən üç kilometrlikdə bir minanın partlaması nəticəsində də bir neçə nəfər şəhid və yaralanmışdır.

Kərbəla şəhər rəhbərliyi qeyd olunmuş teror faciəsinin əl-Qaidə və səddamçılara (bəsilər) bağlı quruplar tərəfindən törədildiyini bildirmişdir.
 
Qeyd olunmuş hadisə elə bir halda baş verir ki, Amerika rəhbərliyi müxtəlif bəhanələrlə bu ölkəni işğal etmiş sabitlik yaratmaq məqsədi ilə küllü miqdarda hərbi texnika və əsgərlərini bu ölkədə yerləşdirmişdir. 

İslamTimes
Redaksiya ilə əlaqə ünvanı: infoaz@Islam times.org
Materialdan istifadə edərkən, “İslamTimes”-a istinad zəruridir.
Comment