0
Thursday 27 September 2012 - 11:23

Səudiyyəli gənc təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib

Story Code : 198961
Səudiyyəli gənc təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib
Adı naməlum olan 16 yaşlı oğlan çərşənbə günü təhlükəsizlik qüvvələrinin müxalif fəallardan olan Xalid əl Labbadı həbs etmək istədiyi zaman həlak olmuşdur.

Labbadi Səudiyyə rejimi tərəfindən axtarışda olan 23 nəfərdən biridir. Onlar krallıqda rejim əleyhinə nümayişlər təşkil etməkdə ittiham olunurlar.

Hələ təsdiqini tapmayan məlumata əsasən Labbad da hadisə zamanı həlak olub.

Fəalların bildirdiklərinə görə Səudiyyə Ərəbistanı həbsxanalarında 30 mindən çox siyasi məhbus var.
İnsanlar sadəcə şübhəli bilindiyi halda Səudiyyə polisi tərəfindən həbs olunurlar və mühakimə olunmadan illərlə həbsxanada saxlanılırlar.

İnsan Hüquqlarına Nəzarət Təşkilatının bildirdiyinə əsasən Səudiyyə Ərəbistanı insan hüquqlarının tez-tez pozulduğu bir ölkə halına gəlib.

13 avqustda İsveçrə Müdafiə Naziri Karin Enstrom insan haqqlarını pozduğu üçün rəsmi Riyadı tənqid etmiş və Səudiyyə Ərəbistanı rejimini avtoritar və təmamilə monarxiyanın höküm sürdüyü ölkə adlandırmışdır.
Comment