0
Thursday 27 September 2012 - 11:32

Mursi İsraili İrana qarşı olan hərbi təhdidlərə görə tənqid edib

Story Code : 198964
Mursi İsraili İrana qarşı olan hərbi təhdidlərə görə tənqid edib
Çərşənbə günü Mursi Nyu Yorkda BMT Baş Assambleyasının 67-ci iclasında çıxışı zamanı deyib: “Yaxın Şərq daha hər hansı bir ölkənin Nüvə Silahı Yayılmama Razılığına qoşulmaqdan imtina etməsinə razı olmayacaq. Özü də bu həmin ölkənin qeyri ciddi siyasət yürütməsi və müharibə təhdidləri etməsi ilə yanaşı olarsa.”

Misir rəhbəri bu çıxışı ilə İsrailin hərbi nüvə fəaliyyəti ilə bağlı apardığı ikibaşlı siyasətə toxunmuş və İsrailin Yaxın Şərqi nüvə arsenalına çevirdiyini bildirmişdir.

İsrail İranın nüvə enerji obyektlərinə hücum etmək haqqında təhdidləri daha da artırıb. Bu arada Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnistitutunun verdiyi məlumata görə Tel Əviv 300-400 nüvə silahı başlığına sahibdir və bunlardan 80-i yüksək hazırlıq səviyyəsindədir.

İran Nüvə Silahı Yayılmama Razılığını imzalayıb və Beynəlxalq Atom Enerjisi Agentliyinin üzvüdür və bu səbəbdən də nüvə texnalogiyasından dinc məqsədlər üçün istifadə etməyə tam haqqı var.
Mursi deyib ki, hər hansı bir ölkəyə qarşı hücumun qarşısı alınmalıdır.

Misir prezidenti həmçinin işğalı davam etdiyi Fələstin torpaqlarına toxunmuş və Fələstin məsələsini bütün dünyanın ədalət əsasında həll etməli olduğu bir nömrəli məsələ adlandırmışdır.

Mursi İsraili BMT qətnamələrini həyata keçirməkdən imtina etdiyi üçün tənqid etmiş və işğal edilmiş Fələstin torpaqlarında öz məskunlaşmasını artırmasını qanuna zidd adlandırmışdır.
Comment