QR CodeQR Code

İran prezidenti dünya siyasətində olan ikili standartları tənqid edib

27 Sep 2012 11:35

IslamTimes - İran prezidenti Mahmud Əhmədinejat qlobal siyasəti ayrıseçkiliyə və qeyri bərabərliyə əsaslandığı üçün tənqid etmiş və dünya siyasətinin ikili standartlar əsasında həyata keçirildiyini bildirmişdir.


Çərşənbə günü Nyu Yorkda keçirilən BMT Baş Assambleyasının 67-ci iclasında çıxışı zamanı Əhmədinejat deyib: “İkili standartların tətbiqi, müharibə təhdidləri, stabilsizlik və dünyanın həssas olan mərkəzlərin öz iqtisadi maraqları və hökmranlıqlarını artırmaq naminə işğalı artıq bu gün qanununa çevrilib.”

Əhmədinejat qlobal idarəçilyi və beynəlxalq gücləri dünyanın hal-hazırkı vəziyyətinə görə ittiham etmiş və demişdir: “Qeyri insani fikirlərdən qaynaqlanan bu qanunlar və dünya imperializmi dünyada baş verən yoxsulluq, münaqişə, cəhalət, ayrıseçkilik və zülmə görə məsuliyyət daşıyırlar.”

Əhmədinejat həmçinin BMT strukturlarında islahatların həyata keçirilməsinin mühümlüyündən danışmış və veto hüququnun təkcə beş üzv dövlətə məxsus olmasını tənqid etmişdir.
“BMT bütün millətlərə məxsusdur və buna görə də üzv dövlətlər arasında ayrıseçkilik yaratmaq bütün xalqlara qarşı təhqirdir.”

İran prezidenti daha sonra deyib ki, artıq beynəlxalq təşkilatlara inam qalmayıb və artıq dünya münaqişələrini həll edəcək inanılmış və güvənilir bir təşkilat yoxdur.

Əhməinejat deyib ki, BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatı artıq qlobal idarəçilyinin mühümlüyünü dərk etmiş və dünya problemlərinin və münaqişlərinin həllində ciddi addımlar atmışdır.


Story Code: 198966

News Link :
https://www.islamtimes.org/az/news/198966/iran-prezidenti-dünya-siyasətində-olan-ikili-standartları-tənqid-edib

Islam Times
  https://www.islamtimes.org