0
Thursday 27 September 2012 - 23:32

Madriddəki nümayişlərdə gərginlik səngimir

Story Code : 199108
Madriddəki nümayişlərdə gərginlik səngimir
İspaniyada hökumətin qənaət tədbirlərinə etiraz edən nümayişçilərin aksiyaları paytaxt Madriddəki parlament binası qarşısında gecə boyu davam edib. Nümayişlər ikinci gecəni də geridə buraxarkən, rəsmi mənbələr 2.500-dən artıq etirazçının meydanda olduğunu bildirir. (euronews)

Baş nazir Mariano Rajoy isə BMT Baş Assambleyasının 67-ci iclası işləri üçün olduğu Nyu-Yorkdan hadisələrlə əlaqədar bu açıqlamanı verib: "Onları görə bilmirik, amma onlar oradadır. Onlar İspaniyada yaşayan 47 milyonun böyük əksəriyyətidir. Çox işləyən və ölkənin çata biləcək ən qısa müddətdə hamımızı maraqlandıran böyük milli hədəfə çatması üçün, yəni bu iqtisadi böhrandan çıxmaq üçün əllərindən gələni edənlərdir".

Digər tərəfdən İspaniya hökuməti bütün nümayişlərin səbəbi olan qənaət tədbirlərini cümə axşamı günü müzakirə etməyə hazırlaşır.
Comment