QR CodeQR Code

Lavrovdan Suriya açıqlaması

28 Sep 2012 10:45

IslamTimes - Sergey Lavrov: "Bəşər Əsədə istefa verməsini söyləməyəcəyik"


Rusiya xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirak edərkən Amerikada tanınmış jurnalist Çarli Roseyin suallarını cavablandırıb. Suriya dövlət başçısı Bəşər Əsədin Rusiyada gizlənməsini absurd sayan Sergey Lavrov, prezidentə sığınacaq verilməsi ilə bağlı məlumatın dezinformasiya olduğunu açıqlayıb.

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov mövzu ilə bağlı həmçininb deyib: "Bəşər Əsədə istefa verməsini söyləməyəcəyik. Amma bu, istefanın mümükünsüz olması demək deyil. Əgər Əsəd vəzifədən getməyə qərar versə, bu onun öz qərarı olacaq. Suriyada demokratik, azad və azlıqların haqqlarını qoruyan bir dövlət olduğu müddətdə bu ölkəyə dəstəyimizi davam etdirəcəyik. Bizim üçün əhəmiyyətli olan Suriyanı kimin idarə etdiyi deyil, necə idarə etməsidir." /HaqqYolu/


Story Code: 199204

News Link :
https://www.islamtimes.org/az/news/199204/lavrovdan-suriya-açıqlaması

Islam Times
  https://www.islamtimes.org