QR CodeQR Code

Rejimin insult oyunu baş tutmadı!

29 Sep 2012 07:06

IslamTimes - Millət vəkili Gülər Əhmədovaya insult diaqnozu qoyulmayıb. Bu barədə APA-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyasının baş həkimi Mürsəl Həmidov bildirib.


Onun sözlərinə görə, bu gün (28 sentyabr) Gülər Əhmədovanın səhhəti ilə bağlı stansiyaya iki dəfə çağırış edilib, həkimlər çağırışa gedib. Üçüncü dəfə isə saat 17.17-də stansiya tərəfindən G. Əhmədovanın evinə həkim göndərilib: “Birinci çağırışda Gülər Əhmədovaya beyin-qan dövranının keçib gedən pozulması, sonuncu dəfə isə ona gərginlik fonunda gedən nevrotik reaksiya diaqnozu qoyulub. Gülər Əhmədovanın yanından gələn həkim onda heç bir insult əlamətinin olmadığını qeyd edib”.
P.S. Hamıya bəlli gerçəklər sual olaraq ortaya qoyulur: Azərbaycanda seçkilər sifarişli deyilmi? Azərbaycanda deputat mandatı satılmırmı? Məzənnəni (mandata qiyməti) Gülər Əhmədova qoyur, yoxsa daha yuxarılar?
Təəssüf doğuran isə yalnız bir faktdır: qadının, həm də azərbaycanlı qadının qurban verilməsi!

Samir
HaqqYolu


Story Code: 199367

News Link :
https://www.islamtimes.org/az/news/199367/rejimin-insult-oyunu-baş-tutmadı

Islam Times
  https://www.islamtimes.org