QR CodeQR Code

Yəmənlilər xalqın oğurlanmış sərvətinin geri qaytarılmasını tələb ediblər

29 Sep 2012 11:33

IslamTimes - Yəmənlilər Sanada nümayişlər keçirərək onların inqilabi hədəflərinin həyata keçirilməsini tələb ediblər.


Onlar devrilmiş diktator Əli Abdullah Saleh və onun ətrafının dinc nümayişçiləri öldürdüyünə və həddini aşdığına görə cəzalandırılmasını tələb ediblər.

Nümayişçilər şüarlar səsləndirərək hal-hazırkı koalisiyanı korrupsiya ittihamlarına görə məsuliyət daşımaqda ittiham ediblər.

İnsan Hüquqlarına Nəzarət Təşkilatı mühakimə olunmaq üçün Salehin toxunulmazlığının ləğv edilməsini tələb etdiyi bir vaxtda Yəmənli nümayişçilər ölkənin sərvətlərini oğurlayanların cəzalandırılmasını tələb ediblər.

Bu arada qərb dövlətləri tərəfindən aparılan anti İslam kompaniyasına etiraz olaraq da nümayişlər keçirilib. Onlar həmçinin Netanyahunu müsəlmanları təhqir edən son sözlərinə görə tənqid ediblər.

Nümayişçilər həmçinin ABŞ dəniz donanmasının ərazi sularında mövcudluğunu pisləyiblər.

http://presstv.com/detail/2012/09/29/264038/yemeniscallstolenwealth/


Story Code: 199419

News Link :
https://www.islamtimes.org/az/news/199419/yəmənlilər-xalqın-oğurlanmış-sərvətinin-geri-qaytarılmasını-tələb-ediblər

Islam Times
  https://www.islamtimes.org