QR CodeQR Code

Masallıda dindarları rüşvətxor polis həbs edir

İslamtimes , 30 Sep 2012 00:13

İslamtimes - Əkbər Yusifov isə olanlara etinasız yanaşır .


islamtimes.org/az/ - Artıq bir neçə ildir ki, ölkədə dini fəaliyyətdə olan insanların repressiyası davam etməkdədir. Bəzi dövri mətbuat orqanları burada “dindar ovu” terminini istifadə etsələr də mən bir yazar kimi bunun müqəddəs inancımıza həqarət hesab etdiyimdən bu termini istifadə etməyəcəm. Çünki Azərbaycan dili terminologiyasında “ov” termini heyvanlara aid edilir. Bəlkədə hansısa qüvvələr düşünülmüş şəkildə belə bir terminin dövrü mətbuatda yer almasını təşkil edərək inanclıları daha da qabarıq formada təhqir etmək, onların şərəf və ləyaqətini daha da alçaltmaq missiyasını həyata keçirirlər. Lakin özünə, millətinə, dini və milli adət ənənəsinə hörmət bəsləyən bir qələm sahibindən bu frazanı eşidəndə təəssüf etməmək olmur. Axı həbs olunan bu dindarlar Allahın insan şəkilində yaratdığı varlıqlardır. Hər çənd ki, onların müxtəlif ünvanlarla azadlıqlarına məhdudiyyət qoyulubsa da insanlıqlarına heç bir məhdudiyyət qoyula bilməz.

Repressiya termininə gəlincə isə bu artıq ötən əsrin əvvəllərindən biz azərbaycanlılara tanış bir terminoloji frazadır. Hələ 37 -ci illərdə xalqımız bu növ repressiyonal hadisələrin şahidi olmuşdu. Sovetlər birliyinin qurucusu Vladimir Leninin siyasi kursunun davamçısı, dövrün cinayət aləmində Koba ləqəbi ilə məşhur olan İosif Stalin başda Azərbaycan olmaqla müsəlman respublikalarının ziyalılarını, din xadimlərini repressiyaya məruz qoyaraq vətəndən uzağa Sibir diyarına sürgün etdirdi və onlara xalq düşməni damğasını vurdu. Bu kimi repressiyaların banisi Vladimir Lenin və Stalin barədə gələcək yazılarımızda mühüm və oxucularımıza maraqlı məlumatlar verəcəyik.

Lakin bu günkü mövzumuz bir başqadır. Azərbaycanda əliyevlər hakimiyyətinin repressiyasına məruz qalmış din alimlərimizi xatırlamaqdır.

Hər bir ziyalı Azərbaycan vətəndaşına məlumdur ki, dövlətin ana yasasında din və vicdan azadlığı haqda qanun var və bu qanun beynəlxalq konvensiyaya əsasən tam qüvvədədir. Ölkə ərazisində bu ölkənin hər bir vətəndaşı öz dini inancının kurallarına əsasən davarana , öz həyatını inancına uyğun tərtib edə, hətta təbliği ilə məşğul ola bilər. Bu qanun qüvvəyə minəndən etibarən öz qüvvəsindədir və qanun referondum və ya digər vasitələrlə dəyişilənəcək bunu həyata keçirərnə heç bir məhdudiyyət qoyula bilməz.

Lakin çox təəsüflər olsun ki, artıq onlarla Azərbaycan vətəndaşı olan inanclı bu qanunun tələblərinin ziddinə olaraq həbslərə atılıblar. Narkotik vasitələrin qanunsuz dövriyyəsi, silah-sursat ticarəti, dələduzluq və xuliqanlıq maddələri ilə ittiham olunublar. Ən maraqlısı və çox gülüncü isə bəzi inanclılara bütün seksual xarakterli maddələri də ünvanlayaraq azadlıqlarına məhdudiyyət qoyublar. Kiçik yaşlı Azərbaycan vətəndaşı da bilir ki, bütün bunlar aidiyyatı orqanların iftira və böhtanlarından başqa bir şey deyil. Bəzən yalanı elə bir formada danışmaq lazımdır ki, inandırıcı olsun. Masallı rayon Xıl kəndinin ruhanisi Seyyid Fəramiz Abbasovun həbs olunması və məhkəmə prosseslərində baş verən olaylar sübut etdi ki, nəinki Fəramiz Abbasov hətta bütün həbs olunan dindarlar polisin böhtanının qurbanına çeviriliblər.

Masallı polisi Fəramiz Abbasovu həbs edən gün guya onun həyətyani sahəsindən küllü miqdarda silah-sursat və silah ehtiyat hisslərini aşkar edən zaman heç bir hal şahidi tapa bilməmiş, təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətiriləndə şöbənin yaxınlığında elektirik dirəyində işləyən Masallı rayonu Öncəqala kənd sakinini hal şahidi qismində cəlb etmiş və əvəzində 40 manat pul ödəmişdir. Bu da polisin səriştəsizliyinə bir nümunədir ki, hal şahidi qismində cəlb olunmuş Öncəqala sakini hadisədən xeyli müddət keçməsinə baxmayaraq hər yerdə başına gələn bu olayı böyük peşmançılıq hissi ilə danışır.

Bundan başqa Masallı polisinin digər bir səriştəsizliyi budur ki, dindarların həbsini polis zabiti Nazim Əkbərov tərəfindən həyata keçirir. Kütləvi İnformasiya Vasitələri haqda qanunun tələblərini (jurnalistin məmura sual vermək hüququ var) əldə rəhbər tutaraq Masallı rayon Polis İdarəsinin rəisi Əkbər Yusifovdan belə bir suala cavab istəyirik. Cənab Əkbər Yusifov, polis şərəfli bir peşədir və bu peşədə həyatını şərəflə yaşayan və peşəsinə sadiq olan vətəndaşlar çalışmamalıdırlarmı? Yəqin ki, cavabınız müsbət olacaq. Elə isə bəs siz illər öncə Astara rayon polis idarəsində inspektor vəzifəsində çalışan, sonralar rüşvət tələb etdiyi üçün polis orqanlarından xaric edilən Nazim Əkbərovu hansı səlahiyyətlərinizdən istifadə edib bu şərəfli peşəni ona həvalə etmisiniz? Rüşvət tələb etdiyi üçün məhkəmə hökmü ilə xüsusi qərar almış Nazim Əkbərov RPŞ ya xüsusi şərtlər altında qəbul edildiyi də heç kimə sirr deyil.

Hörmətli Əkbər Yusifov, əgər yuxarıda qeyd etdiyimiz faktlardan xəbərsizsinizsə, faktı dəqiqləşdimək üçün Bakı şəhəri Xəzər rayon prokuroru Azər Vahabzadəyə müraciət edə bilərsiniz. Nazim Əkbərovun istintaqı məhz Azər Vahabzadənin sərəncamında həyata keçirilmişdir. Yəqinki Azər müəllimdən kifayət qədər məlumat ala bilərsiniz.

Bundan başqa Masallı rayon Polis idarəsinin zabiti Nazim Əkbərov hal- hazırda da rayon dindarlarına qarşı amansız mövqedən çıxış etməkdədir. Rayonda fəaliyyət göstərən “Xeber44.com” saytının baş redaktoru Araz Quliyev, rayon dindarlarından Ziya Tahirov və bir neçə digər fəalların həbsi məhz Nazim Əkbərovun başçılığı ilə həyata keçirilir.

Hörmətli oxucularımızın nəzərinə çatdırırq ki, etibarlı mənbədən əldə etdiyimiz məlumata görə polis zabiti Nazim Əkbərovun iş zamanı spirtli içkilər qəbul etməsi, dindarların məhkəmələri zamanı iclas zallarında onların ünvanına küçə söyüşləri səsləndirməsi haqda artıq rayon sakinləri tərəfindən aidiyatı orqanlara çox saylı məktublar göndərilmişdir. Bu məktubların göndərilməsi Masallı rayon polis şöbəsində çalışan bəzi zabitlərin də dəstəyi vardır və onlardan bəziləri rayon sakinləri ilə gizli görüşlər keçirərək Nazim Əkbərov barədə şikayət məktublarının sayının artırılmasına çalışırlar.

(mövzuya qayıdacağıq)

İSLAMTİMES - HƏSƏN TURAL


Story Code: 199541

News Link :
https://www.islamtimes.org/az/news/199541/masallıda-dindarları-rüşvətxor-polis-həbs-edir

Islam Times
  https://www.islamtimes.org