0
Sunday 30 September 2012 - 07:00

“Bu, dövlət səviyyəsində cinayətdir”

Story Code : 199630
“Bu, dövlət səviyyəsində cinayətdir”
“Ölkə üçün çox mühüm hadisə baş verir. Biz hamımız bilirdik ki, belə hallar var. Amma bizim dediyimiz bu məsələni biz bu günlərdə artıq videolentlərdə gördük. Az TV-lər bu haqda sussa da, artıq xalq bundan danışır”.
Bunu AXCP sədri Əli Kərimli Gülər Əhmədovanın rüşvət qalmaqalına münasibət bildirərək deyib. O, bildirib ki, hadisəni hökumət əvvəl görməməzliyə vurmaq istədi: “İndiyədək bu hökumət o qədər faktları belə gizlətməyə çalışıb ki... Azərbaycan iqtisadçıları sübut edib ki, indiyə kimi gömrükdə 10 milyardlıq yeyinti olub. Amma bununla bağlı bir nəfər də olsun cəzlandırılmayıb. İqtisadçılarımız bildirir ki, ölkədəki bahalaşma inhisarla bağlıdır, hökumətsə susur. Yüzmilyolarların, milyardaların mənimsənimləsi oldu, cəzalanan oldumu? Hacı Məmmədov məsələsində kimsə cəzalandırıldımı? Xeyr! Amma indi bu, baş verir. Azərbaycan hökuməti bu cinayəti gizlətmək üçün hər şeyi edib, amma bu baş tutmadı. Yeddi il ərzində bu hadisə ilə bağlı hüquq-mühafizə orqanları da, siyasi rəhbərlik də xəbərdar olub və susublar. Amma indi Azərbaycan xalqının kütləvi etirazlarını gördükdən sonra susmadılar. Bu nə vaxt oldu? O zaman oldu ki, artıq sosial şəbəkələr bu xalqın etiraz mühərrikinə çevrildi, xalq od püskürdü. Ona görə də cinayət işi açmağa məcbur oldular. Amma bu cinayət işində nə nəzərdə tutulur? Əgər bu məsələ yalnız dələduzluq kimi nəzərdə tutulsa, bu, o deməkdir ki, guya Gülər Əhmədova bu işi yalnız tək görüb, heç kimlə əlaqəsi və göstəriş almaları olmayıb. Bu, birbaşa siyasi korrupsiyadır, mütəşəkkil cinayət hadisəsidir. Bu iş dələduzluqla tövsif oluna bilməz. Bu, sistem cinayətidir, dövlət səviyyəsində həyata keçirilmiş cinayətdir.
Prokurorluq artıq bu videonun həqiqiliyini təsdiq edib. Bu videodakı bütün tərəflər danışdırılmalıdır. (pat)
Comment