QR CodeQR Code

Moskva İranla 5+1 danışıqlarının bərpa edilməsini istəyib

30 Sep 2012 09:31

IslamTimes - Sergey Ryabkov: "Biz uyğun danışıqların zamanı və məkanı ilə bağlı tərəflər arasında razılıq edilməsinin tərəfdarıyıq."


Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov İranla 5+1 ölkələri arasında danışıqların oktyabr ayında keçirilməsinin vacibliyinə işarə edərək deyib: "Biz uyğun danışıqların zamanı və məkanı ilə bağlı tərəflər arasında razılıq edilməsinin tərəfdarıyıq."

Sergey Ryabkov uyğun danışıqların İran və ABŞ-da keçiriləcək prezident seçkilərindən təsirlənməməsinin vacib olduğunu bildirib.

Xatırladaq ki, 18 sentyabrda Türkiyənin İstanbul şəhərində İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Ketrin Eşton arasında görüş keçirilmişdi.

Uzun müddətdir ABŞ, İsrail və bəzi Qərb dövlətləri İranın hərbi məqsədlərlə nüvə enerjisi əldə etmək niyyətində olduğunu iddia edir.

İran İslam Respublikası isə dəfələrlə uyğun ittihamları rədd edərək MAQATE-nin üzvü və “Nüvə Silahının Yayılmaması Müqaviləsi”ni (NPT) imzalamış bir dövlət olaraq nüvə enerjisindən istifadə etmək haqqına malik olduğunu bildirib.


Story Code: 199646

News Link :
https://www.islamtimes.org/az/news/199646/moskva-iranla-5-1-danışıqlarının-bərpa-edilməsini-istəyib

Islam Times
  https://www.islamtimes.org