QR CodeQR Code

Bəhreyn həbsxanasında iordaniyalı muzdur

30 Sep 2012 10:06

IslamTimes - "İsa əl-Məcali adlı iordaniyalı zabit Bəhreyn həbsxanalarında olan məhbuslara işgəncə verir."


"IslamTimes"-ın verdiyi xəbərə əsasən, jurnalist Əhməd Rəzi "Əl-Aləm telekanalı ilə müsahibəsi zamanı Bəhreyn həbsxanasında rejim müxaliflərinə işgəncə verən iordaniyalı zabitin adını açıqlayıb.

O deyib: "İsa əl-Məcali adlı iordaniyalı zabit Bəhreyn həbsxanalarında olan məhbuslara işgəncə verir. Ali Xəlifə rejimi Cenevrə İnsan Haqqları Şurasının və bir neçə Avropa təşkilatının tövsiyələrini dinləyərək, zahirdə qəbul etdi. Amma bu günədək zindanlarda olan işgəncə faktları kimi halların dayandırılması ilə bağlı heç bir addım atılmayıb."

Jurnalist deyib: "Mən zindanda olarkən qırmızı xaç cəmiyyətindən olan heyətin həbsxanalara baxış keçirdiyinə şahid oldum. Amma KİV-də uyğun mövzu ilə bağlı heç bir xəbər yer almadı. Bu cür saxta addımların Bəhreyndə İnsan Haqqlarının ayaq altına alınmasının qarşısını ala biləcəyini düşünmürəm!"

Xatırladaq ki, bir ildən artıqdır ki, Bəhreyn xalqı irihəcmli etiraz aksiyaları keçirərək Ali Xəlifə rejiminin istefasını tələb edir. Rejim isə Səudiyyə Ərəbistanı, İordaniya və digər ərəb ölkələrindən muzdurlar gətirərək xalqın etiraz akisiyalarının vəhşicəsini susdurulması ilə məşğuldur.


Story Code: 199663

News Link :
https://www.islamtimes.org/az/news/199663/bəhreyn-həbsxanasında-iordaniyalı-muzdur

Islam Times
  https://www.islamtimes.org