QR CodeQR Code

Ərdoğan Türkiyədə hərbi çevriliş erasına son qoyulduğunu bildirib

İslamtimes , 1 Oct 2012 09:54

Islamtimes - Türkiyə Baş Naziri Rəcəb Tayyib Ərdoğan hökuməti devirməkdə ittiham edilən yüzlərlə ordu rəsmisinə həbs cəzası verildikdən on gün sonra ölkədə hərbi çevriliş erasının sona çatdığını élan edib.


islamtimes.org/az/ - Ərdoğan bu açıqlamanı bazar günü Ankarada seçki uğurlarını və iqtisadi artımın on illiyini qeyd edən hakim Ədalət və İnkişaf partiyasının üzvləri qarşısında çıxışı zamanı edib.

Ərdoğan idman meydançasında keçirilən konfransa qatılan minlərlə partiya üzvü və qonaqlar qarşısında çıxış edərək deyib: “Ölkədə hərbi çevriliş erası bir daha geri qayıtmayacaq.”

O əlavə edərək deyib: “Hər kəs ki, demokratiyaya müdaxilə edir və yaxud müdaxiləyə cəhd edirsə gec ya tez xalq qarşısında cavab verməli olacaq.”

Ərdoğan iddia edərək bildirib ki, onun partiyası digər Müəslman ölkələrindəki insanlar üçün bir nümunədir.

21 sentyabrda Silivri məhkəməsi iki sabiq general və bir sabiq admiral olmaqla 300 ordu rəsmisinə 2003-cü ildə AKP-ni hakimiyyətdən salmaq üçün cəhdlərdə günahkar bilinərək uzun müddətli həbs cəzasına məhkum ediliblər.

“Ərgənəkon” adlı təxribatı hazırlamaqda təqsirli bilinən generallara və admirala ömürlük həbs cəzası verilib.

Bazar günü keçirilən konfransda AKP üzvləri Ərdoğanı daha üç il müddətinə partiya sədri seçiblər.


Story Code: 199968

News Link :
https://www.islamtimes.org/az/news/199968/ərdoğan-türkiyədə-hərbi-çevriliş-erasına-son-qoyulduğunu-bildirib

Islam Times
  https://www.islamtimes.org