0
Tuesday 2 October 2012 - 18:51

"Bəşar Əsəd Hələbdədir"

Story Code : 200366
"Bəşar Əsəd Hələbdədir"
"IslamTimes" Livanın "Əd-Diyar" qəzetinə istinadən xəbər verir ki, Suriya prezidenti Bəşar Əsəd "Əş-Şəb" sarayını tərk edərək Suriya ordusu ilə silahlılar arasında həlledici döyüşlər gedən Hələb şəhərinə yollanıb. Suriya prezidentinin ordunun həyata keçirdiyi təmizləmə əməliyyatlarına şəxsən nəzarət etdiyi bildirilir.

Bir çox məntəqələr terroristlərdən təmizləndikdən sonra Suriya müdafiə naziri Hələbdə vəziyyətin daha həssas dönəmdə olduğunu bildirib. Müxalif silahlılar Hələbin tarixi bazarını atəşə tutaraq oranı viran qoymağa çalışıb. Elə bu hadisələrin Bəşar Əsədin Hələbə yollanmasına səbəb olduğu bildirilir.

Qəzet yazır ki, müdafiə naziri və bir neçə digər rəsmi Əsədi Hələbə səfər fikrindən daşındırmağa çalışıblar. Amma Bəşar Əsəd bir neçə naziri ilə 5 helikopter vasitəsi ilə Hələbə üz tutub.
Comment