0
Wednesday 3 October 2012 - 07:09

İraqda qətliam: 365 nəfər öldürülüb

Story Code : 200481
İraqda qətliam: 365 nəfər öldürülüb
ANN.Az-ın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bu son iki ildə qeydə alınan ən yüksək göstəricidir.

Terror qurbanlarının çoxu bomba hücumları zamanı həlak olub. Keçən ayın ən qanlı günü sentyabrın 9-u olub. Həmin gün ərzində törədilən partlayışlar nəticəsində 100-dən çox adam ölüb. Hücumlar əsasən şiələri hədəf alıb və “Əl Qaidə”nin İraqdakı qolu tərəfindən həyata keçirilib.

Sentyabrda terror qurbanı olanların 182-i mülki şəxs, 95-i əsgər, 88-i isə polis əməkdaşı olub. Hücumlar zamanı həmçinin 683 nəfər yaralanıb.
Comment