0
Wednesday 3 October 2012 - 13:03

“İsrail rəsmilərinin İrana hərbi müdaxilə təhdidləri təbliğat və psixoloji savaşdır”

Story Code : 200539
“İsrail rəsmilərinin İrana hərbi müdaxilə təhdidləri təbliğat və psixoloji savaşdır”
APA-nın məlumatına görə, bunu İran prezidenti Mahmud Əhmədinejad bildirib. Əhmədinejad əlavə edib ki, İran heç vaxt müharibə tərəfdarı olmayıb: “Ancaq ölkəmizi hər zaman yaxşı müdafiə etdik. İran xalqı bütün təcavüzkarlara peşmanedici cavab verib və bundan sonra da elə olacaq. Bir ovuc mədəniyyətsiz sionisti gətirib işğal etdikləri torpaqlarda hakim etdilər. Hətta onların başqalarını təhdid etməsinə də icazə verirlər. Buna mövcud dünya nizamı və supergüclər şərait yaradır. Ancaq belə təhdidlər İran üçün əhəmiyyətsizdir. Biz psixoloji müharibə ilə mübarizə aparırıq. Təhdidləri ciddi qəbul etməsək də, hər şeyə hazırıq”. M. Əhmədinejad deyib ki, İsrail macəra axtarır və təhdidlərin onlara heç bir faydası olmayacaq: “Müharibə istəyənlər qınaq obyektinə çevrilməlidir. İsrailin baş naziri Benyamin Netanyahunun İranın nüvə proqramı ilə bağlı “qırmızı xətt" təklifi məsələyə uşaqcasına və bəsit yanaşmadır. Onun BMT Baş Assambleyasının 67-ci sessiyasındakı çıxışı zamanı təqdim etdiyi vizual görüntü iclasa qatılanlar üçün intellektual təhqir idi. Mən İsrail baş nazirinin əl işini praktik olaraq inkişaf etdirəcəyəm”.
Comment