QR CodeQR Code

Azad Suriya Ordusu Nəsrullahın oğlunu əsir götürməyə müvəffəq olmadı

İslamtimes , 3 Oct 2012 15:42

İslamtimes - Suriya terroristlərinin Hizbullah lideri Seyyid Həsən Nəsrullahın oğlunu tutmaq üçün etdikləri səylər boşa çıxdı.


islamtimes.org/az/ - Əl-Diyar qəzetinin verdiyi məlumata əsasən Nəsrullahın oğlunun Suriyaya ziyarətə gələn ziyarətçilərin arasında olduğunu güman edən Suriyalı terrorçular bütün Livanlı zəvvarları əsir götürmüşdülər, ancaq sonradan aşkar etdilər ki, onlar aldadılıblar və Nəsrullahın oğlu zəvvarların içərisində deyil.

Onlar Nəsrullahın oğlunu ələ keçirməklə Hizbullah liderinin Suriyaya münasibətdə mövqeyinə görə üzr istəməsinə nail olmaq istəyirdilər, ancaq planları baş tutmadı.

Nəsrullah həmişə Prezident Bəşər Əsəd hökumətinə dəstək verdiyini bildirmiş və ölkədəki münaqişəyə son qoymaq üçün Suriya hökumətini və müxalifəti dialoqlara səsləmişdir.

2011-ci ilinin mart ayından etibarən silahlı üsyançıların Suriya polis qüvvələrinə və hökumət rəsmilərinə qarşı başlatdığı silahlı hücumlar səbəbindən Suriya münaqişə içərisindədir.

2011-ci ilin oktyabr ayında Prezident Bəşər Əsədin ölkədə islahatlara start verməsi ilə stabillik bərpa olunsa da, İsrail, ABŞ və onların Ərəb müttəfiqləri hər cür vastədən istifadə edərək ölkəni yenidən xaosa sürüklədilər.


Story Code: 200591

News Link :
https://www.islamtimes.org/az/news/200591/azad-suriya-ordusu-nəsrullahın-oğlunu-əsir-götürməyə-müvəffəq-olmadı

Islam Times
  https://www.islamtimes.org