0
Wednesday 3 October 2012 - 17:38

Tariq əl-Haşimiyə türk vətəndaşlığı verildi

Story Code : 200605
Tariq əl-Haşimiyə türk vətəndaşlığı verildi
“Nakhelnews.com” saytının verdiyi məlumata görə, baş nazir Rəcəb Tayyib Ərdoğan, İraqda bir çox terror aktlarında əli olmuş, hazırda isə interpolun axtarışında olan Tariq əl-Haşimiyə türk vətəndaşlığı verib. Məlumatda bildirilir ki, Ərdoğan bu qərarı, İraq məhkəməsinin əl-Haşiminin edam edilməsi ilə bağlı çıxardığı hökmdən sonra verib.
Xatırladaq ki, bir neçə il İraqın vitse-prezidenti vəzifəsində çalışan Tariq əl-Haşimi bu ölkədə baş verən bir çox terror aktlarına birbaşa rəhbərlik edib. Regionda müdaxilə siyasəti aparan Ərdoğan hakimiyyəti, beynəlxalq axtarışda olan terrorçunu himayə etdiyinə görə Türkiyədə də ciddi tənqidlə üzləşib. /Faktxeber/
Comment