0
Wednesday 3 October 2012 - 18:38

"Bəzi dostlar müharibə istəyir"

Story Code : 200611
"Bəzi dostlar müharibə istəyir"
Livanın "Əl-Mənar" kanalının müxbirinin sualına cavab verən Mahmud Əhmədinejad bildirib ki, bəzi dostlar müharibə etmək fikrindədir. İran prezidenti mövzu ilə bağlı həmçinin bunları deyib: "Suriyanın necə idarə olunmasına yalnız ölkə vətəndaşları qərar verə bilər. Ədalət, azadlıq və hörmət bütün millətlərin haqqıdır. Suriyada problemlərin həlli üçün iki varinat mövcuddur. Biri müharibə, digəri isə müzakirə yoludur. Biz, suriyalıların müzakirə yolu ilə problemlərini həll etməsini söyləyirik, ancaq bəzi dostlarımız müharibə istəyir. Bizim variantımız azad seçki yolu ilə razılığa gəlməkdir. Lakin bəzi dostlarımız görünür müharibə üsulunun tərəfdarıdırlar."

Qeyd edək ki, Ankarada keçirilən AKP-nin konqresində çıxış edən baş nazir Rəcəb Tayyib Ərdoğan, İran, Rusiya və Çindən Suriya mövzusundamövqelərini dəyişməyi istəmişdi. /Faktxeber/
Comment