0
Friday 5 October 2012 - 03:09

Mübariz İbrahimovun ailəsinə təziqlər başladı

Story Code : 201005
Mübariz İbrahimovun ailəsinə təziqlər başladı
Mübariz İbrahimovun ailəsinə təziqlər başladı
Islam times.org/az/ - Azərbaycanda məmur özbaşınalığı o həddə çatıb ki, artıq əhaliyə edilən zülmlərin sayı hesabı bilinmir. Demək olar ki, Respublikanın hər bir yerində paytaxt Bakıdan tutmuş kənd rayonlarına qədər hər tərəfdə əhalinin ən çox şikayətləri yerli məmurlarla bağlıdır.

Yerli sakinlərin iqtisadi və sosial problemlərinin pik həddinə çatmasına baxmayaraq dövlət tərəfindən təyin olunmuş məmurlar da bu problemləri iki qat artırmaqla məşğuldurlar. Xüsusi ilə icra hakimiyyəti orqanlarında bu hal daha çox gözə çarpır.

Belə ki, rayonlara yeni təyin olunmuş icra hakimiyyəti başçısı ilk olaraq rayonda fəaliyyət göstərən ticarət obyektlərini müflis etməklə öz yeni işinə start verir.

İllər ərzində halal ticarət ilə məşğul olaraq ticarət obyektləri tikdirən tacirlərin obyektləri sökülür, bir müddət sonra isə həmin obyektlərin ərazisi digər biznesmenlərə satılır. Bundan əlavə dövlət tərəfindən rayonların abadlaşdırılması üçün ayrılmış maliyyə vəsaitləri icra strukturları tərəfindən mənimsənilir və rayonun abadlaşdırılması yerli iş adamlarının boynuna qoyulur.

Bu kimi halları kiçik məqaləmizdə sadalamaq imkan xaricində olsa da, hər bir azərbaycanlını narahat edən yeni bir məlumatı siz hörmətli oxucularla bölüşməyi özümüzə borc bilirik.

Azərbaycanın cənub regionunda yerləşən rayonlardan biri də Biləsuvar rayonudur. Azərbaycan tarixi və coğrafiyasında müxtəlif özəlliklərlə həkk olunan bu rayon əsas etibarı ilə bir neç il bundan öncə Azərbaycan ordusunun giziri Mübariz İbrahimovun qəhrəmanlığı ilə yaddaşlarda qaldı.

Bu gün Biləsuvar rayonunun adı səslənəndə dərhal Milli Qəhrəman Mübariz İbrahimovu xatırlamamaq olmur. Öz şücaət və qəhrəmanlığı ilə müasir Azərbaycan tarixinə silinməz izlər qoyan bu qəhrəmanın adı ilə bu gün biləsuvarlılar qürür hissi duyur, vətənə belə bir övlad bəxş etdiyinə görə ibrahimovlar ailəsinin başçısı Ağakərim İbrahimova dərin məhəbbət və sayğı göstərirlər.

Rayonda keçirilən hər türlü mərasim və tədbirlərdə şəhid atası Ağakərim İbrahimov xüsusi qonaqlarla birgə iştirak edir. Əlbəttə ki, bu kimi sayğı və ehtiram Mübariz İbrahimovun göstərdiyi şücaət, vətənə xidmətinin qarşısında cüziyyətdən başqa bir şey deyil.

Lakin böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycanda ümumi problemə daha doğrusu ümumi ictimai dərdə çevrilən məmur özbaşınalığı şəhid ailəsinə də öz sirayətini göstərib.

İslamtimes olaraq etibarlı mənbədən əldə etiyimiz məlumata görə Biləsuvar sakinlərinin milli qəhrəmanın atasına göstərdikləri hörmət və ehtiram rayon icra hakimiyyəti başçısı Mahir Quliyev tərəfindən qısqanclıqla qarşılanır. Xüsusi ilə də ölkə dindarlarının İbrahimovlar ailəsinə gedərək şəhidin evində yad etmə mərasimi keçirmələri, Rusiyadakı dindar iş adamlarının Ağakərim İbrahimova avtomobil hədiyyə etmələri və bu kimi digər hallar başçının qəzəblənməsinə səbəb olub.

Rayon icra hakimiyyəti başçısı Mahir Quluyev və onun ətrafı şəhid ailəsinə qarşı xüsusi tədbirlər həyata keçirməyə start veriblər. Belə ki, əldə etdiyimiz məlumata görə başçı bəzi məclislərdə Ağakərim İbrahimovu “İran agenti” adlandıraraq onu əhalinin gözündən salmağı planlaşdırır.

Bundan əlavə başçının bu hərəkəti rayon sakinlərinin qəzəbinə tuş gəlib. Sakinlər ilkin olaraq başçıya xəbərdarlıq ünvanlayaraq əgər belə bir halın bir daha davam etdiyini müşahidə edərlərsə rayonda etiraz aksiyalarına start verəcəklərini bildiriblər.

(mövzunu izləyin)

İSLAMTİMES - BAĞDAGÜL



Source : İslamtimes
Comment