0
Friday 5 October 2012 - 09:01

Türkiyə xalqı ayağa qalxdı

Story Code : 201030
Türkiyə xalqı ayağa qalxdı
"IslamTimes" Türkiyə KİV-nə istinadən xəbər verir ki, ötən gün Ankara və Çanakkale başda olmaqla Türkiyənin bir çox şəhərlərində xalq küçələrə axışıb. İstanbulda 4 min nəfər müharibəyə etiraz edərək dövləti şoka salıb. Etirazçılar Suriyaya hərbi müdaxiləni kəskin şəkildə tənqid ediblər. Onlar əllərində sülh, dostluq şüarları ilə yürüş keçiriblər. Polis etirazçılara qarşı bibər qazı və gözyaşardıcı qazdan istifadə edib. Amma bu vasitə ilə də qəzəbli xalqı susdurmaq mümkün olmayıb. Nümayişçilər bildirib ki, Türkiyə xalqı tarix boyu Qərb tərəfindən hiylə ilə müharibəyə sürüklənib. Bu gün də ABŞ Türkiyəni Suriya ilə müharibəyə sürükləyir.

Türkiyə parlamentinin Suriya ərazisində əməliyyata icazə verməsindən sonra isə parlament üzvləri sərt bəyanatlarla çıxış ediblər. Bu qərara etiraz edən millət vəkilləri deyib ki, parlament üzvlərinin bəziləri Suriya ərazisində əməliyyata razılıq verir, amma sabah müharibə başlasa, hansı millət vəkilinin, nazirin oğlu müharibəyə gedəcək? Şəksiz ki, arada yoxsul ailələrin övladları həlak olacaq!
Comment