0
Friday 5 October 2012 - 13:33

“Türkiyə və Suriya arasında baş verən son hadisələr bölgənin təhlükəsizliyini pozmaq istəyən düşmənlərin oyunudur”

Story Code : 201084
“Türkiyə və Suriya arasında baş verən son hadisələr bölgənin təhlükəsizliyini pozmaq istəyən düşmənlərin oyunudur”
APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst deyib. O bildirib ki, yaranmış vəziyyət İranda da narahatçılıq doğurur: “ Hadisə zamanı yaxınlarını itirən ailələlərin kədərini bölüşürük. Türkiyə və Suriya arasında baş verən son hadisələr bölgənin təhlükəsizliyini pozmaq istəyən düşmənlərin oyunudur. İran hər zaman Suriya problemini həll etməyə səy göstərən dövlətdir. Bu ölkədə mövcud olan böhran siyasi yollarla həll edilməlidir”.
Comment