0
Saturday 6 October 2012 - 14:20

"Amnesty International"dan Əliyevlərə növbəti zərbə

Story Code : 201341
"Amnesty International"dan Əliyevlərə növbəti zərbə
"Amnesty International" təşkilatı müğənnilər Rihanna və Şakiranı Azərbaycanda çıxış etməməyə çağıran bəyanat yayıb. Bəyanatda bildirilir ki, Azərbaycanda insan hüquqları pozulur. Sənəddə jurnalist Elmar Hüseynovun qətli xatırladılır, blogger və siyasi fəalların həbs olunduğu bildirilir.
 
Rəsmi Bakı dəfələrlə təşkilata Azərbaycandakı vəziyyəti dünyaya yaydığına görə etirazını çatdırıb. Dövlət Amnesty International-ın əlində olan və Azərbaycanda insan haqqlarının necə də kobudcasına pozulduğunu təsdiqləyən sənədlərdən olduqca nigarandır. Xatırladaq ki, Rihanna bu gün, Şakira isə oktyabrın 14-də Bakıdakı "Crystal Hall"da çıxış etməlidir. Dövlət bu sayaq proqramlarla xalqa "aclıq olsun kef olsun" atalar sözünü praktiki olaraq yaşatmaqla məşğuldur.
Comment