QR CodeQR Code

Behbudov həbsdəki dindarlara baş çəkəcək

7 Oct 2012 08:45

IslamTimes - Bazar ertəsi İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov oktyabrın 5-də Təhsil Nazirliyinin qarşısında keçirilən etiraz aksiyası zamanı tutulan iştirakçıların saxlanma şəraitinin monitorinqini keçirəcək.


E. Behbudov Turan-a bildirib ki, tutulanların saxlandığı yer barədə rəsmi məlumatı yoxdur. O, bunu Bakıda olmaması ilə izah edib. “Mən bu gün səhər gəlmişəm. Qarşıda istirahət günləri olduğundan monitorinqi bazar günündən tez keçirmək mümkün olmayacaq”, - E.Behbudov vurğulayıb.
Onun fikrincə, saxlanılan islamçılara qarşı inzibati yox, cinayət ittihamları irəli sürülüb. /FaktXeber/


Story Code: 201515

News Link :
https://www.islamtimes.org/az/news/201515/behbudov-həbsdəki-dindarlara-baş-çəkəcək

Islam Times
  https://www.islamtimes.org