0
Sunday 7 October 2012 - 09:30

Pan Gi Mun İrana qarşı sanksiyaları pislədi

Story Code : 201522
Pan Gi Mun İrana qarşı sanksiyaları pislədi
BMT baş katibi Pan Gi Mun son bəyanatında deyib: "İran İslam Respublikasına qarşı yönəlmiş sanksiyalar İran xalqına zərər vurur. Sanksiyalar bu ölkədə müxtəlif məhsulların qiymətinin yüksəlməsinə səbəb olub."

ABŞ birtərəfli sanksiyalarla İranı nüvə enerjisindən əl çəkməyə vadar etmək niyyətindədir. Qərb İranın nüvə silahı əldə etmək məqsədində olduğunu iddia edir. Amma bütün dəlillər ABŞ-ın uyğun ittihamına qarşıdır. Bütün ölkələri özündən asılı vəziyyətdə saxlamaq istəyən ABŞ-ın İrana qarşı gülünc ittihamları və sanksiyalarının səbəbi bütün dünyaya məlumdur.

Pan Gi Mun sanksiyaların humanitar fəaliyyətlər qarşısında bir sədd olduğunu da dilə gətirib. Belə ki, xərçəng xəstəliyinə yoluxmuş insanlara lazım olan bir sıra dərmanların əldə edilməsində müəyyən problemlər yaranıb. BMT baş katibi sanksiyaları pislədiyi bir zaman ABŞ Konqresi İslam Respublikasına qarşı daha ağır sanksiyalar tətbiq etmək ardıncadır.
Comment