0
Sunday 7 October 2012 - 11:15

Zəlzələ bölgüsündə “FÖVQƏLADƏ” yeyinti

Story Code : 201566
Zəlzələ bölgüsündə “FÖVQƏLADƏ” yeyinti
Zəlzələ bölgüsündə “FÖVQƏLADƏ” yeyinti
Camaat hələ də çadırlarda yaşayır; FHN-in Zaqatala nümayəndəsi isə yeni tikilən mənzilləri satışa çıxarıb

Bu ilin mayında Qax-Zaqatala bölgəsində baş verən zəlzələdən zərər çəkənlərin evlərinin tikintisi davam edir. 3000-ə yaxın belə tikilinin yaxın vaxtlara kimi hazır olması nəzərdə tutulsa da, prosesin uzanacağı gözlənilir. Buna səbəb məmurların pul hərisliyi və ayrılan vəsaitlərin qeyri-şəffaf xərclənməsidir.

Zaqatalanın Qımır, Gözbarax və Çobankol kəndlərində isə evlərinə ziyan dəyən sakinlər narazılıq edirlər. Onların sözlərinə görə, həyətlərində hələ də çadır qurub yaşayanlar var. Çünki evlərdə təmir-bərpa işləri aparılmır. Yerli icra məmurları və FHN-in yerli komissiyası əhalinin problemləri ilə maraqlanmır. Prezident və fövqəladə hallar nazirinin bölgəyə səfərindən sonra camaatın durumunda heç nə dəyişməyib. Evlərin tikintisi davam etsə də, müəyyən qiymətə vətəndaşlara satılmağa başlanıb.

Belə ki, FHN-in Zaqatala üzrə nümayəndəsi zəlzələdən zərər çəkənlərə mənzil tikintisini satışa çıxarıb. O, tikinti işlərini ayrı-ayrı adamlara satır. Mənzilin tikintisi neçəyə başa gəlibsə, onun 15-20 faizi FHN-in yerli rəhbərliyinə çatmalıdır. Kəndlərdə tikilən evlərin çoxu isə yerli məmurlara, bələdiyyə sədrlərinə və onların yaxınlarına məxsusdur. Evinin təmirə ehtiyacı olan sadə insanlara isə yardım göstərilmir.

Qeyd edək ki, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının apardığı araşdırmalar zamanı məlum olub ki, zəlzələ bölgəsində baş verən qanunsuzluqlar Kür daşqınları zamanı yol verilən pozuntulardan daha çox və daha ağırdır. Acınacaqlı haldır ki, zəlzələnin nəticələrinin aradan qaldırılması prosesinə cəlb olunmuş şirkətlər Kür daşqınları zamanı fəlakət bölgəsində fəaliyyət göstərən, FHN rəhbərliyində təmsil olunan şəxslərə yaxınlığı ilə seçilən, qeyri-şəffaf, ictimai rəydə daha çox korrupsiyalaşmış qurumlar kimi tanınan, heç bir tender, müsabiqə keçirilmədən bu prosesə cəlb olunmuş şirkətlərdir.

Nəticədə havaların soyumasına baxmayaraq hələ də xeyli qisim insan çadırlarda yaşayır və onların qarşıdan gələn qışı çadırlarda keçirməyəcəyinə heç bir təminat yoxdur.
Source : Musavat
Comment