QR CodeQR Code

İsveç gəmisi Qəzza blokadasını yarmaq üçün yola çıxdı

8 Oct 2012 09:20

IslamTimes - İşğalçı İsrail rejiminin tətbiq etdiyi blokadanı yarmaq üçün Qəzzaya yardım aparacaq “Estelle” adlı İsveç bayraqlı gəmi İtaliyanın Napoli şəhərindən yola çıxdı.


Heyətlə birlikdə 17 nəfərin olduğu gəmidə Kanada, İsrail rejimi, Norveç, İsveç və ABŞ vətəndaşı olan vətəndaş cəmiyyəti fəallarının olduğu qeyd edilir. /euronews/

Səfərin təşkilatçılığını üzərinə götürən "Qəzzaya Gəmi" (Ship to Qaza) adlı təşkilatın sözçüsü məqsədlərinin humanitar yardım olduğunu vurğulayıb: "Bu addım insandan insana, bir ana, bir böyük ana və bir insan olaraq məndən, uşaqları və nəvələri olan digər ana və böyük analar üçün atılan addımdır. Onların da bizim kimi normal bir həyat yaşama haqqına malik olduqlarını düşünürəm".

Humanitar yardım aparan və 53 metr uzunluğundakı gəminin 2 həftə ərzində Qəzzaya çatması gözlənilir. /Deyerler/


Story Code: 201787

News Link :
https://www.islamtimes.org/az/news/201787/isveç-gəmisi-qəzza-blokadasını-yarmaq-üçün-yola-çıxdı

Islam Times
  https://www.islamtimes.org