0
Monday 8 October 2012 - 12:08

Riyaz əl-Əsəd Suriya ordusu ilə mübarizədəki müvəffəqiyyətsizlikdən danışdı

Story Code : 201846
Riyaz əl-Əsəd Suriya ordusu ilə mübarizədəki müvəffəqiyyətsizlikdən danışdı
"IslamTimes" "ArabPress" xəbər agentliyinə istinadən bildirir ki, özünü "Azad Suriya Ordusu" adlandıran terroristlərin komandanı Riyaz əl-Əsəd etiraf edib ki, Suriya ordusu silahlıların sırasına nüfuz etməyi bacarıb. O deyib: "Bizim müxtəlif məntəqələrdə olan qruplarımızın arasına Suriya dövlətinə bağlı şəxslərin nüfuz etdiyi barədə məndə məlumat var. Elə bu üzdən də rejim qüvvələri ilə meydan döyüşlərində müvəffəqiyyət əldə edə bilmirik və döyüşçülərimiz ordu ilə bacara bilmir."

"Azad Suriya Ordusu" iddia edib ki, onlar hərbiçilərlə mübarizədə onları müvəffəq edəcək yeni planlar hazırlayıb.

Xatırladaq ki, Suriyada hər gün onlarla muzdur qətlə yetirilir və ya həbs edilərək zərərsizləşdirilir. "Azad Suriya Ordusu" qonşu ərəb ölkələrində olan vəhhabi məzhəbli terroristləri ya pulla ya da cihad adı ilə Suriyaya çəkir.
Comment