0
Monday 8 October 2012 - 17:26

Suriyada 60 terrorist məhv edildi

Story Code : 201935
Suriyada 60 terrorist məhv edildi
"IslamTimes" "KingNews"-a istinadən xəbər verir ki, Suriya ordusu Hələbin terroristlər yerləşən məntəqələrində təmizləmə əməliyyatlarına başlayıb. Səhər saatlarından start götürən əməliyyatlar zamanı 60 muzdur məhv edilib və hərbi təchizatlarla dolu 5 avtomobil ələ keçirilib.

Suriya silahlı qüvvələri Hələbdə həyata keçirdiyi digər dörd əməliyyat zamanı 16 silahla dolu avtomobili sıradan çıxararaq onlarla terroristi qətlə yetirib. Hələbdə bu gün daha bir neçə əməliyyat da keçirilib.

Suriya ordusunun Homs şəhərində keçirdiyi əməliyyat daha ağır olub. Bu şəhərdə terroristlərlə atışma zamanı liderlərdən olan Əbdül Kərim Şami və "Əl-hac" ləqəbli Həras əl-Şami kimi təhlükə muzdurlar qətlə yetirilib.
Comment