0
Tuesday 9 October 2012 - 12:18

AİP 3-cü Hicab aksiyası ilə bağlı rəsmi mövqeyini bildirib

Story Code : 202124
AİP 3-cü Hicab aksiyası ilə bağlı rəsmi mövqeyini bildirib
AİP 3-cü Hicab aksiyası ilə bağlı rəsmi mövqeyini bildirib
Azərbaycan İslam Partiyası (AİP) Təhsil Nazirliyinin qarşısında keçirilən aksiya ilə bağlı rəsmi mövqeyini açıqlayıb.

AİP-in mətbuat xidmətindən verilən məlumatda qeyd olunur: “AİP bildirir ki, əvvəla, aksiya keçirilməsi barədə BŞİH-i qabaqcadan xəbərdar edilməli idi. İkincisi, hətta xəbərdarlıq olmasa belə, polis etirazçıları zorakalıqla deyil, başqa üsullarla sakitliyə dəvət edə bilərdi. İştirakçılar və ya piketi təşkil edənlər təxribata və təxribatçılara qarşı diqqətli olmalı, vəziyyətin kritik həddə gəlib çıxmasına yol verməməli idilər. Bütün baş verənlər nə xalqın, nə də dövlətin maraqlarına cavab verir.

İnsanlar hicab qadağasının aradan qaldırılmasını istəyir, hakimiyyət bu istəyə zəruri, adekvat olaraq müsbət cavab vermir, özünü eşitməzliyə qoyaraq, problemə barmaqarası yanaşır.Piketdə təxribatçılıq motivləri aşkar görünür. Sadə etirazçılar bundan xəbərsizdirlər. Bundan bir çoxları, əsasən günahsız dindarlar, hətta aksiyada iştirak etməyənlər zərər çəkirlər. Bir çox dindar artıq nahaqdan təqib olunmağa başlanıb represiya olunur. Antiislamçılar, antiirançılar münasibətlərin kəskinləşməsinə baş verənlərlə təkan verərlər. Hakimiyyətin içərisində olan bəzi ünsürlər seçkiöncəsi etimadsızlıq, xalq-hakimiyyət uçurumunu yaratmağa, dərinləşdirməyə çalışırlar.

İndi yalnız ağıllı başlar işə düzgün yanaşmalı, dövlət, xalq, islam naminə ambisiyalara getməməyi zəruri hal kimi qəbul etməlidirlər.

AİP emosiyasız tələbləri, sivil etirazın bütün formalarını və onun azad, sərbəst icra olunmasına şərait yaradalmasını vacib sayır, təqdir edir. Baş verən vətəndaş-polis qarşıdurmasını, hər cür zor tədbiq edilməsini pisləyirik. Piket iştirakçılarının və bütün saxlanılanların sərbəst buraxılmasını zəruri addım hesab edir və hakimiyyətin təxribatçı qüvvələrə qarşı bunu ən optimal cavabı seçimi kimi qiymətləndiririk”.
Source : Islaminsesi
Comment