QR CodeQR Code

Türkiyənin Suriyaya müharibə hədəsinin pərdə arxası

9 Oct 2012 16:56

IslamTimes - Türkiyə bu planı NATO-nun tapşırığı əsasında həyata keçirir


Livanın “Əd-Diyar” qəzetinin verdiyi məlumata görə, Türkiyənin Suriyaya qarşı günbəgün artan hədələri əslində razılaşdırılmış plan əsasında baş verir. İsrail və Qərbin hegemonçuluq və istilası əleyhinə müqavimət dayaqlarından biri olan Suriyanın təzyiqlərə tab gətirməsi, onları yeni-yeni planlar üzərində işləməyə məcbur edib.

Qəzet yazır ki, bir neçə gün öncə rəsmi Ankara və hakimiyyət yönlü medialar Suriyadan Türkiyə ərazisinə bir neçə mərminin atılması xəbərini əsl ajiotaja çevirdilər. Hətta iş o yerə çatdı ki, sözügedən medialar dezinformasiya yayaraq, rəsmi Dəməşqin olayla bağlı üzr istədiyini bildirdilər. Sonradan isə Suriyanın BMT-dəki rəsmi nümayəndəsi Bəşşar əl-Cəfəri Suriyanın üzr istəməsi barədə yayılan məlumatları təkzib etdi. Ancaq həqiqətdə nə baş verib? Suriya tərəfi mərmilərin bu ölkə daxilindən atılmasını təsdiqləsə də, baş verən hadisənin təxribat olduğunu elan etdi. NATO Türkiyə və regionun bir nömrəli diktatorları sayılan Ərəbistan və Qətərin yeni planı, Suriyanın gücünü sərhədlərə yığmaqla bu ölkə daxilindəki terrorçulara meydan yaratmaqdan ibarətdir. Türkiyə ilə Suriya 800 kilometrlik sərhədə malikdirlər.

Belə olan halda Suriya, gözlənilən hücumun qarşısını almaq üçün çoxlu sayda hərbi avadanlıq və təchizatı və eyni zamanda 50 minə yaxın əsgəri sərhədə yığmaq məcburiyyətində qalır. Bu isə Suriya daxilində parçalan və məğlubiyyətdə olan terrorçular üçün ürək-dirək verməklə yanaşı, onların özünü toparlamasına imkan yarada bilər. Türkiyə ordusu son 24 saat ərzində 200 ədəd topu Suriya sərhədinə yığıb. Bütün bu təhrikedici hərəkətlərin fonunda, plana əsasən Suriya tərəfindən yenidən təxribat xarakterli mərmilər atılmalıdır. Bundan sonra Türkiyə Suriya ilə atışmaları intensivləşdirərək ora girməlidir. Türkiyə ordusu Suriyanın içərilərinə doğru 10 kilometr daxil olmalı və terrorçuların mərkəzləşməsi üçün bufer zonaya şərait yaratmalıdır. Bununla da növbəti planların həyata keçirilməsi üçün zəmin yaradılacaq. /Faktxeber/


Story Code: 202253

News Link :
https://www.islamtimes.org/az/news/202253/türkiyənin-suriyaya-müharibə-hədəsinin-pərdə-arxası

Islam Times
  https://www.islamtimes.org