0
Tuesday 9 October 2012 - 17:06

Rəbiyyət Aslanovadan hicaba dəstək?

Story Code : 202258
Rəbiyyət Aslanovadan hicaba dəstək?
Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü, Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova sözügedən qurumun Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən və dünən öz işini başa vuran növbəti payız sessiyası (konfransı) zamanı çıxışında hicab məsələsinə toxunub.
Komitə sədrinin qeyd etdiyinə görə, o, Vatikan muzeyində olarkən örpəkli Məryəm ananın gözəl heykəlini görüb. “Bəs nəyə görə biz başında örpək olan müqəddəs Məryəmə baxanda ona böyük hörmətlə yanaşırıq, hicab gəzdirən müsəlman qadın isə avropalının gözündə tamamilə başqa məna kəsb edir?”-deyən, R.Aslanova eyni zamanda, ümumbəşəri dəyərlərin hər yerdə qalib gəlməsinin tərəfdarı olduğunu vurğulayıb. «Mən istəyirəm ki, həmin ümumbəşəri dəyərlər zəfər çalsın və biz öz tariximizə böyük hörmətlə yanaşaq”-deyə, o, sözlərinə əlavə edib.
Source : Xezer
Comment