0
Wednesday 10 October 2012 - 06:49

Suriyadakı terroristlərə silahı Səudiyyə Ərəbistanı verir

Story Code : 202378
Suriyadakı terroristlərə silahı Səudiyyə Ərəbistanı verir
Bu barədə BBC məlumat yayıb

Ukraynanın Səudiyyə Ərəbistanı üçün istehsal etdiyi silahlar Suriya müxaliflərinin əlindədir.

Bu silahların olduğu qutunun Hələbə necə gəlib çıxdığı isə məlum deyil. Səudiyyə Ərəbistanı bu barədə şərh vermək istəməyib.

Məlumatda bildirilir ki, müxaliflərin Hələbdə sığınacaq kimi istifadə etdikləri məsciddən tapılan yeşiklərdəki raket əleyhinə ixtisaslaşmış silahlar Ukraynanın "Dastan" şirkətindən alınıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Suriyada baş verən hadisələrə loyal münasibət göstərdiyini nümayiş etdirməyə çalışsa da, müxaliflər Səudiyyə və Qətərdən kömək aldıqlarını gizlətmirlər.
Source : XezerXeber
Comment