0
Wednesday 10 October 2012 - 08:53

Almaniya Salehə sahib çıxdı

Story Code : 202382
Almaniya Salehə sahib çıxdı
"IslamTimes" Yəmənin "Əxbar əl-yəvm" qəzetinə istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən dövlət rəsmisi Avropa ölkələrindən birinin sabiq diktator Əli Abdullah Salehə daimi sığınacaq verməyə hazır olduğunu deyib.

Bu günədək heç bir Avropa ölkəsi Yəmən xalqın etirazları səbəbindən prezidentlikdən kənarlaşan sabiq diktatora daimi sığınacaq verməyə razı olmamışdı.

Məlumatlı mənbələr xəbər verir ki, uyğun hadisə hazırkı Yəmən prezidenti Əbdür Rəbih Mənsur Hadinin ölkə xaricinə son səfərinin nəticəsidir.

Dövlət rəsmisi deyib: "Berlin rəsmiləri hazırkı Yəmən prezidentinin bu ölkəyə səfərindən sonra Abdullah Salehin Yəməndən uzaqlaşdırılması məqsədi ilə Almaniyada ona sığınacaq verilməsi ilə razılaşıblar."

Uyğun planın gerçəkləşməsində Səudiyyə Ərəbistanının böyük rolu olub. Belə ki, müzakirəni Yəmən prezidenti aparsa da, Salehin orada yaşaması üçün Səudiyyə Ərəbistanı Almaniyaya külli miqdarda pul ödəyib.
Comment