QR CodeQR Code

Almaniya Salehə sahib çıxdı

10 Oct 2012 08:53

IslamTimes - Salehin Almaniyada yaşaması üçün Səudiyyə Ərəbistanı Almaniyaya külli miqdarda pul ödəyib.


"IslamTimes" Yəmənin "Əxbar əl-yəvm" qəzetinə istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən dövlət rəsmisi Avropa ölkələrindən birinin sabiq diktator Əli Abdullah Salehə daimi sığınacaq verməyə hazır olduğunu deyib.

Bu günədək heç bir Avropa ölkəsi Yəmən xalqın etirazları səbəbindən prezidentlikdən kənarlaşan sabiq diktatora daimi sığınacaq verməyə razı olmamışdı.

Məlumatlı mənbələr xəbər verir ki, uyğun hadisə hazırkı Yəmən prezidenti Əbdür Rəbih Mənsur Hadinin ölkə xaricinə son səfərinin nəticəsidir.

Dövlət rəsmisi deyib: "Berlin rəsmiləri hazırkı Yəmən prezidentinin bu ölkəyə səfərindən sonra Abdullah Salehin Yəməndən uzaqlaşdırılması məqsədi ilə Almaniyada ona sığınacaq verilməsi ilə razılaşıblar."

Uyğun planın gerçəkləşməsində Səudiyyə Ərəbistanının böyük rolu olub. Belə ki, müzakirəni Yəmən prezidenti aparsa da, Salehin orada yaşaması üçün Səudiyyə Ərəbistanı Almaniyaya külli miqdarda pul ödəyib.


Story Code: 202382

News Link :
https://www.islamtimes.org/az/news/202382/almaniya-salehə-sahib-çıxdı

Islam Times
  https://www.islamtimes.org