0
Wednesday 10 October 2012 - 09:28

İrana hücum ABŞ-ın məntəqədəki mövqeyini zəiflədəcək

Story Code : 202396
İrana hücum ABŞ-ın məntəqədəki mövqeyini zəiflədəcək
"IslamTimes" "PressTV"yə istinadən xəbər verir ki, Meriland universitetinin sentyabr ayının ortalarında keçirdiyi sorğu nəticəsində aydın olub ki, ABŞ xalqı İsrailin İrana hücum edəcəyi təqdirdə neftin kəskin şəkildə bahalaşacağına inanır.

Bu sorğu həmçinin ABŞ əhalisinin İsrailin uyğun hücumunun Vaşinqtonun Orta Şərqdəki strateji mövqeyinə ciddi zərbə vuracağını düşündüyünü də ortaya qoyub.

İşğalçı İsrail rejimi son vaxtlar İrana qarşı müharibə təhdidlərini daha da artırıb. Onlar İranın nüvə təsisatlarını bombalamaqla hədələyirlər.

İsrail rəsmi Tehranın nüvə silahı əldə etmək məqsədində olduğunu iddia edərək uyğun təhdidlərlə çıxış edir.

İranın müdafiə naziri general Əhməd Vahidi isə sionist rejimin təhdidlərinə cavab olaraq deyib: "İran İslam Respublikası hazırda İsraili məhv etmək üçün bütün hərbi imkanlara malikdir."
Comment